EN
Back
TİBB İŞÇİSİ
Tələblər:
- Təhsil: Səhiyyə Nazirliyi tərəfindən verilmiş diplom, sertifikat və ya tibb bacısı işi üzrə orta ixtisas təhsili;
- Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;
- Travmatoloq və ilkin tibbi yardım sahəsi üzrə iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- İş öhdəliklərini dəqiq yerinə yetirmək, brend standartlarına və müəssisə prosedurlarına riayət etmək;
- Gigiyena qaydaları barədə məlumatlı olmaq;
Vəzifə öhdəlikləri:
- Müəssisədə tibb xidmətinin təşkilini və sanitar-gigiyenik maarifləndirməni həyata keçirmək;
- Tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək;
- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;
- Ehtiyac olarsa xəstənin xəstəxanaya göndərilməsini təmin etmək;
- Xəstələrin və işçi heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək;
- Tibbi sənədlərində müvafiq qeydiyyatların aparılması;
- Ağır hallar/travmalar barədə rəhbərliyə məlumatın verilməsi / baş vermiş tibbi hadisələrlə bağlı qeydiyyatların aparılması;
- Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət, aylıq dərman preparatlarının sayımının aparılmasında iştirak etmək;
- İlkin tibbi yardım üçün lazım olan dərman preparatlarının sifarişini keçmək;
- Şirkətdə verilmiş təlimatları, tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.
İş şərtləri:
- Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
- Nahar yeməyi və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir.
- Ünvan, Qəbələ ray., Duruca kəndi., Tufandag Qış-Yay Turizm İstirahət Kompleksi
Maraqlananalar CV məlumatlarını cv@ghg.az ünvanına göndərə və ya bir başa Qəbələ rayon Durca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.
Əlaqə forması
Digər vakansiyalar