Tufandağ Otel

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin tərkibində “Tufandağ” oteli artıq Sizin istifadənizə. Oteldə 23 yüksək komfortlu nömrə, 14 yarı-lüks, ailə üçün 12 iki otaqlı lüks nömrə və 1 “Kral” kateqoriyalı lüks nömrə turistlərin istifadəsinə verilmişdir. Mehmanxanaya daxil olan 50 rahat otaq və apartamentin hamısında sakit və rahat anlar keçirmək mümkündür. Otaqların dizaynı müasir Art Deko üslubunda tərtib olunub. Otaqda ən yüksək zövqü oxşayan xırda bəzək əşyalarının və müasir modernizm üslubunda taxta bəzək hissələrinin kombinasiyası özünüzü dəbdəbəli və rahat şəraitdə hiss etməyinizə imkan verir.

IMG_01 IMG_02 IMG_03 IMG_04 IMG_05 IMG_06 IMG_07 IMG_09 IMG_10 IMG_11 IMG_12

Oteldə hər bir qurmanın zövqünü ödəyə bilək restoranlar fəaliyyət göstərir. Bizim restoranlarda Siz geniş və bir-birindən dadlı müxtəlif çeşidli həm Azərbaycan, həm də xarici mətbəx incilərini dadmaqla yanaşı, nahar fasilənizi xoş atmosferdə keçirə bilərsiniz.

ELITE” RESTORANI

Yerləşdiyi yer

3-cü mərtəbə

Tutumu

250 nəfər (havadan asılı olaraq, eyvanda əlavə 150 nəfər də əyləşə bilər)

Xidmət növü

Açıq bufet

İş saatları

07:00 – 10:00 səhər yeməyi
10:00 – 11:00 qəlyanaltı
12:30 – 15:00 nahar (boş yerlərin mövcudluğundan asılı olaraq)

PANORAMA” BAR-RESTORANI

Yerləşdiyi yer

3-cü mərtəbə

Tutumu

120 nəfər

Xidmət növü

Menyu əsasında

İş saatları

12:00 – 02:00

QƏLYANALTI RESTORANI

Yerləşdiyi yer

5-ci mərtəbə

Tutumu

250 nəfər (havadan asılı olaraq eyvanda əlavə 150 nəfər əyləşə bilər)

Xidmət növü

Özünəxidmət

İş saatları

10:00 – 20:00

Lobbi-bar

Yerləşdiyi yer

1-ci mərtəbə

Tutumu

100 nəfər

Xidmət növü

Menyu əsasında

İş saatları

həftədə 7 gün / 24 saat

Xizək ləvazimatları.

Kompleksin 550 m2 daxili sahəsində xoş təəssürat bağışlayan interyer işıqları və yumşaq materiallar rahatlığı təmin etməklə yanaşı, özünüzü sərbəst və rahat hiss etməyinizə şərait yaradır. Kompleksin xaricində isə ətraf kövrək qarla örtülüb. Burada ən yaxşı avadanlıq və texnologiya, idman və üst geyimləri, habelə ləvazimat və xidmətlər təklif olunur. “Tufandağ” dağ-xizək kompleksində xizək kostyumları, xizəklər və “snoubord” satılır.

Yerləşdiyi yer

4-cü mərtəbə

Tutumu

200 nəfər

Xidmət göstərmə növü

Köməkçi işçilər

İş saatları

09:00 – 17:00

Spa proseduraları və sağlamlaşdırıcı xidmətlər. DAXİLİ NÖMRƏ: 103

560 m2 sahəyə malik olan bu obyektə gözəllik salonu, ailəvi spa mərkəzi, müalicə-istirahət sahəsi və masaj kabinələri daxildir. Spa prosedurasında insan orqanizmi rütubətli tropik cəngəlliklərin, sakit okean sularının və dağ enerjisinin sakitləşdirici təsirindən, eləcə də Uzaq Şərqin təcrübə və ənənələrini özündə birləşdirən insan əlinin şəfalı təsirindən bərpa olunur. Spa mərkəzi öz bədəninin və ruhunun gərginliyini könül rahatlığı ilə əvəz etmək istəyənlər üçün münasib yerdir. Təbiətin ruhu və abu-havası bizim spa mərkəzinin hər bir ünsürünə təsir göstərmişdir və biz bu ənənələri Qərbin yüksək səviyyəli gigiyena standartları ilə birləşdirmişik. Mərkəzdə Sizə aşağıdakı xidmətlər təklif edilir:

  • Türk hamamı

  • Sauna

  • Buxar hamamı

  • Masaj otaqları (5)

  • Ailəvi spa (2)

  • VİP spa (bir nəfərlik Türk hamamı, sauna, cakuzi, masaj otağı)

  • Epilyasiya

  • Saç ustası

  • Təzyiqli soyuq duş

  • Qadınlar və kişilər üçün ayrıca istirahət otağı

  • Türk hamamında kisələmə və köpüklə yuma

Yerləşdiyi yer

4-cü mərtəbə

İş saatları

09:00 – 00:00

Daha ətraflı məlumat üçün +(994 2420) 54383 və ya +(994 50) 290 3474 telefonlara zəng edə bilərsiniz

info@qafqaztufandaghotel.com

www.qafqaztufandaghotel.com


Qafqaz Riverside Resort Hotel
  • Superior suit
  • Junior suit
  • Duplex suit
  • King suit

Ətraflı...

hotel

Qafqaz Resort Hotel

  • Superior suit
  • Junior suit
  • Family suit
  • Kral suit
  • Royal suit
  • 2 bedroom cottage
  • 3 bedroom cottage

Ətraflı...

hotel

Qafqaz Sport Hotel

  • Superior suit
  • Junior suit
  • Kral suit
  • 1 room cottage
  • 2 room cottage
  • 3 room cottage

Ətraflı...

hotel