fbpx
Geri

Qrafİk dİzayner

Vəzifə öhdəlikləri:

  • Marketinq kommunikasiyasında istifadə edilən bütün növ qrafik dizaynların hazırlanması;
  • Brendyaratma, konsepsiya çalışmalarının icrası:
  • Dizayn tapşırıqların dəqiq və vaxtında təqdim etmək üçün komanda üzvləri, menecment və sorğu göndərən tərəflə koordinasiya, tapşırıqların cari statusu haqqında bu tərəflərin məlumatlandırması;
  • Sorğunu dəqiq başa düşmək və gözlənilən nəticəyə uyğun yaradıcı və müvafiq sektorun ən yaxşı təcrübələri nəzərə alınmaqla praktik həlllərin təqdim edilməsi;
  • Dizayn trendləri və proqramların izlənilməsi, bu xüsusiyyərlərin görülən işlərə əks edirilməsi;
  • UI/UX (ümumi iş həcminin 10%-i) və motion bacarıqları ciddi üstünlükdür.
  • Kommunikasiya, satış və əməliyyat şöbələri ilə sıx ünsiyyətdə olub birgə çalışmaq;
  • Marketinq əməliyyatlarına aid digər tapşırıqların icrası.

Tələb olunan keyfiyyətlər:

  • Reklam və ya rəqəmsal (digital) agentliklərdə və ya korporativ şirkətlərdə 2 ildən çox təcrübə;
  • Dizayn proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign, XD);
  • Bir neçə layihəni eyni anda idarə etmək və prioritetləşdirmə bacarığı;
  • Dizayn trendlərini anlamaq və onların kommersiya yönümlü tapşırıqlarda tətbiq etmə bacarığı;
  • Çap, mətbəə işi barədə məlumatlı olmaq;
  • Zamanlamaya dair peşəkar yanaşma nümayiş etdirmə bacarığı – Punktuallıq;
  • Komandada işləmək bacarığı;
  • Araşdırmaçı, yaradıcı və innovativ xarakter. Planlı, səliqəli iş üslubu.
  • Detallara diqqət etmək bacarığı;
  • Foto/video çəkilişi haqqında məlumatlı olmaq.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Korporativ mobil nömrə və danışıq limiti.

İş yeri Qəbələ şəhərindədir. Eyni zamanda distant çalışma sorğuları da nəzərdən keçirilir.

Qəbələdən kənar regioanlardan cəlb olunan əməkdaşlara yaşayış yeri ilə bağlı köməklik göstərilə bilər. 

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiyanın adı (Rəqəmsal marketinq mütəxəssisi) göstərilməklə cv@ghg.az ünvanına göndərmələri xahiş olunur.


Əlaqə forması
CV faylı əlavə edin
Fayl çox böyükdür
Yanlış fayl növü