AZ
Geri
Qonaqların qəbulu şöbəsinin meneceri - Qafqaz Riverside Hotel
Vəzifə öhdəlikləri:
- Əməliyyat axınını təmin etmək və hər hansı problem, qonaq müraciətləri və ya xüsusi tələblər üzrə təqibi təmin etmək üçün Ön Büro, Qonaqlarla Əlaqələr, Qonaq Xidmətləri daxil olmaqla Ön Bürodakı bütün işçiləri istiqamətləndirmək;
- Gələn qonaqlar üçün otaqları bloklamaq və hər hansı uyğunsuzluğun aradan qaldırılmasını təmin etmək.;
- Xüsusi Qonaqlar və Qruplarla düzgün kommunikasiyanı təmin etmək üçün gündəlik gəlişləri nəzərdən keçirmək;
- Yüksək standardları qorumaq üçün Hotelin Ön Bürosunun əməliyyatlarının idarə edilməsinə cavabdeh olmaq;
- Qonaqların məmnuniyyət səviyyəsini qiymətləndirmək və tendensiyaları izləmək;
- Qonaqların şikayətlərini təhlil etmək, araşdırmaq və müsbət istiqamətdə həllini təmin etmək;
- Müvafiq onlayn platformalarda müştəri məmuniyyətini təqib etmək və müştəri məmuniyyətinin artırılması üçün tədbirlər planı hazırlamaq;
- Büdcə, əmək haqqı xərcləri planlarını hazırlamaq və bu təsdiq edilmiş büdcə çərçivəsində idarə etmək;
- Bütün maliyyə və kredit prosedurlarına əməl olunmasını təmin etmək;
- Bütün əməliyyatların və nağd pul əməliyyatlarının siyasət və prosedurlara uyğun həyata keçirildiyinə əmin olmaq;
- Qonaq otaqlarının inventarını və daimi yoxlanışını həyata keçirmək;
- Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;
- Xidmət keyfiyyətinin artırılması üçün lazım olduqda Ön Büro işçilərinə dəstək vermək;
- Təsərrüfat və Texniki dəstək şöbəsi ilə daim əlaqədə olmaq;
- Bütün işçilərin müvafiq sahələrdə təlim keçməsini təmin edərkən qiymətlər, tariflər, xüsusi təkliflər, paketlər, proqramlar və s. haqqında ətraflı məlumatlandırmaq;
- Rəhbəri olduğu şöbə əməkaşlarının müvafiq növbələrə əsasən işə cəlb edilməsini daim qeydiyyat cədvəlləri ilə tənzimləmək;
- Planlaşdırılmış Performans Qiymətləndirmələrini aparmaq və lazım olduqda işçilərə həm müsbət, həm də konstruktiv real vaxt rejimində rəy vermək;
Tələb olunan bilik, bacariq və təcrübə:
- Minimum 150 və daha çox otaq sayı olan hoteldə minimum beş il ön büro təcrübəsi;
- Minimum iki il eyni sahədə idarəetmə təcrübəsi;
- Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı, mövcud problemin həllini yerində tapmaq;
- Yüksək liderlik, müsbət, aydın danışıqla qonaqlarla aydın və birbaşa ünsiyyət qurmaq bacarığı;
- Müvafiq və ya yaxın sahədə Ali təhsil;
- Azərbaycan, ingilis - əla (Rus dili biliyi əlavə üstünlükdür)
- Opera PMS və ya Fidelio proqramları üzrə mükəmməl təcrübə;
- Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı;
- Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı.
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiyanın adı (Rəqəmsal marketinq mütəxəssisi) göstərilməklə cv@ghg.az ünvanına göndərmələri xahiş olunur.
Əlaqə forması