Böyük Qafqaz dağlarının qəlbində möhtəşəm musiqi festivalına hazır olun!
Tufandağda “The Sound of Caucasus” Qış Festivalında Nazryn, Vugarixx, Aynaband və Joseph Abbasdan möhtəşəm performanslar ilə unudulmaz bir gün sizi gözləyir. Əsrarəngiz zirvələrin fonunda rok və texno musiqisinin enerjisinə qapılın və qışın sehrli abu-havası ilə ahəngdə ritmik anlar və yeni emosiyalar yaşayın.
Tarix: 1 fevral 2025
Vaxt: 11:00 - 17:00
Məkan: Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi (Qəbələ, Duruja kəndi)
Möhtəşəm musiqinin ahəngində dağların ritmini hiss edin və dağlarda rəngarəng həyatın bir parçası olun!
Biletlər:
Standard bilet - 45 AZN (Bakı-Qəbələ-Bakı transferi, kanat bileti və party girişi daxildir)
Yalnız parti giriş - 25 AZN (kanat bileti və party girişi daxildir)
Nəqliyyat:
Nəqliyyat Bakıdan səhər saat 7-də yola düşəcək, Qəbələdən saat 17:00-da Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksindən yola düşəcək.