fbpx
Geri
Xizək alpinizmi və dağ xizəyi üzrə milli komandamız təlim-məşq toplanışını Qəbələnin məşhur dağ kurortu, Tufandağda keçirdi.
Image 1
Image 1
Image 1

Xizək alpinizmi və dağ xizəyi üzrə milli komandamız təlim-məşq toplanışını Qəbələnin məşhur dağ kurortu, Tufandağda keçirdi.


Tufandağ, xizək idmanı üçün ideal şərait yaradan unikal təbii xüsusiyyətləri ilə seçilir. Burada hər səviyyə üçün xizək zolaqlarının mövcudluğu, mükəmməl qar örtüyü və sıx meşələr xizəkçilik üçün mükəmməl imkanlar təqdim edir. Bu da bölgənin yalnız peşəkar idmançılar üçün deyil, həm də yeni başlayanlar üçün cəlbedici mərkəz olmasını təmin edir.


Təlimlər çərçivəsində idmançılarımız həm dağ xizəyi, həm də xizək alpinizmi üzrə intensiv təlimlər keçdilər. Milli komandanın təlimləri, gələcəkdə Azərbaycanda bu idman növünün inkişafı və daha geniş yayılması üçün mühüm addım olmaqla yanaşı, regional komandaların formalaşdırılması istiqamətində də önəmli perspektivlər açır.