Ölkənin ilk beş ulduzlu hotel şəbəkəsi olan "Qafqaz Hotels&Resorts"a daxil olan Qafqaz Tufandag Hotel və Qafqaz Riverside Hotelin şirniyyat bölməsinin əməkdaşları Həsən Abbasov və Məhəmməd Həşimli Aprelin 20-də CÀSÀ Culinary Cup 2024 müsabiqəsində İnnovativ Desertlər kateqoriyasında “Ən yaxşı şirniyyatçı” nominasiyası üzrə yarışdılar.
Məşhur “WorldChefs” yarışmasının standartları əsasında keçirilən müsabiqə çərçivəsində həmkarlarımız Həsən Abbasov fərdi şirniyyat üzrə müsabiqədə qızıl və Məhəmməd Həşimli gümüş medallara layiq görüldülər. Əməkdaşlarımız tərəfindən fərdi yaradıcılıq təşəbbüsü olaraq hazırlanan şirniyyatlar ləzzət və təqdimat kateqoriyalarında ən üstün səviyyədə dəyərləndirilmişdir.
Həmkarlarımızın bu cür müsabiqələrdə iştirakı və medallarla təltif edilməsi bizim bütün sahələrdə yüksək keyfiyyət, üstün kulinariya bacarıqlarımızın olması və yenilikçi xarakterimizin nümunəsidir.
Qafqaz regionunda kulinariya təhsilini formalaşdırmaq və təkmilləşdirmək məqsədinə xidmət edən "CÀSÀ Kulinariya Mərkəzi" Azərbaycanda "City&Guilds" tərəfindən akkreditasiya olunan ilk və yeganə tədris müəssisəsidir.
Həmkarlarımızı təbrik edirik ve uğurlarının davamını arzulayırıq!
İlk milli beş ulduzlu hotellər şəbəkəsi olan “Qafqaz Hotels&Resorts” ölkənin ən böyük turizm menecementi şirkətlərindən biri olan “Gabala Hospitality Group” şirkəti tərəfindən idarə olunur. Şirkətin portfelinə həm də “Tufandağ Qış-Yay Turizm İstirahət Kompkleksi”, “Gabaland” Əyləncə Parkı, peşəkar atıcılıq mərkəzi olan “Qəbələ Atıcılıq Klubu” və ölkədə ilk və tək raftinq mərkəzi olan “Rafting Gabala” aiddir.
Ətraflı məlumat üçün: info@ghg.az